Qot dili

Qot dili
Ölkələr
Region Balkan yarımadası
Danışanların ümumi sayı nəfər.
Ölü dil VIII əsr
Təsnifatı
Avrasiya dilləri
Hind-Avropa dilləri
German dilləri
East Germanic
Qot dili
Yazı Qot əlifbası, Run əlifbası
Dil kodları
QOST 7.75–97 гот 154
ISO 639-1
ISO 639-2 got
ISO 639-3 got
Atlas of the World’s Languages in Danger 358
Linguasphere 52-ADA
LINGUIST List got
IETF got
Glottolog goth1244
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qot diliQotlar tərəfindən istifadə edilmiş Hind-Avropa dillərindən biri hesab olunan German dillərindən biridir. Qot dili ən qədim german yazı dilidir. Bundan əlavə, Krım yarımadasında qotların vaxtilə mövcud olduğu müəyyən edilib. 1800-cü illərdə Krım qot dilinin varlığı Habsburqların Osmanlı səfiri Ogier Ghiselin de Busbecq tərəfindən təxminən 80 söz ehtiyatı ilə hazırlanan lüğətlə məlum olmuşdur. Dil IV əsrdə Ulfilas tərəfindən yaradılmış qot əlifbası ilə yazılırdı.

German dillərindən biri olan qot dili Hind-Avropa dil ailəsinə mənsubdur. Böyük miqdarda yazılı mənbəyə malik birinci german dili olan qot dilinin müasir dövrdə davamçısı xələfi yoxdur. Qot dili qotların franklar tərəfindən məğlub edilməsi, İtaliyada qotların siyasi hakimiyyətinin başa çatması, qotların izolyasiyası və bu dilin kilsə dili statusunu itirməsi ilə VI əsrdən sonra tənəzzülə məruz qalmışdır.[2] Bu dil İberiya yarımadasında VIII əsrə qədər mövcudluğunu saxlamağı bacarmışdır. XVI əsrdə Krım yarımadasında Oje Qiselin de Busbek tərəfindən Krım qot dili təxminən 80 sözdən ibarət bir formada qeyd edilmiş olsa da, Müqəddəs Kitabın tərcüməsinin yazıldığı tarixi qot dili ilə Krım qot dilinin arasındakı fonetik fərqlər Krım qot dilinin tarixi qot dilindən deyil, başqa bir Şərqi German dilindən meydana gəldiyini üzə çıxarır. Krım qot dilinin XVIII əsrin axırlarında məhv olduğu qəbul edilir.[3][4]

  1. 1 2 3 ScriptSource - Ukraine.
  2. Strategies of Distinction: Construction of Ethnic Communities, 300–800 (Transformation of the Roman World, vol. 2) by Walter Pohl, ISBN 90-04-10846-7 (pp. 119–121)
  3. Todd B. Krause and Jonathan Slocum. "The Corpus of Crimean Gothic". University of Texas at Austin. 2 mart 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2008.
  4. Stearns, MacDonald (1978). Crimean Gothic. Analysis and Etymology of the Corpus. Saratoga, California: Anma Libri. ISBN 0-915838-45-1. s 118

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne